Son dəqiqə

Misir Qəzza HƏMAS Qahirə atəşkəs Zahir Cəbarin Taher ən-Nunu Şarm əş-Şeyx razılaşması

HƏMAS nümayəndə heyəti Qahirəyə gəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə səfər edib.

TurkicWorld xəbər verir ki, HƏMAS-ın yaydığı məlumata görə, nümayəndə heyətinə təşkilatın İordan çayının qərb sahili üzrə rəhbəri Zahir Cəbarin başçılıq edir.

HƏMAS rəsmisi Taher ən-Nunu bildirib ki, nümayəndə heyətinin Misir rəsmiləri və vasitəçilərlə atəşkəs razılaşmasının icrasının yekunlaşdırılması ilə bağlı görüşləri planlaşdırılır.

Onun sözlərinə görə, danışıqlarda əsas diqqət Qəzza zolağında İsrailin artan hərbi əməliyyatlarının, gündəlik hücumların və məqsədli öldürmələrin dayandırılmasına yönəldiləcək.

Taher ən-Nunu qeyd edib ki, nümayəndə heyəti həmçinin Qəzzaya xəstəxanaların, çörəkbişirmə müəssisələrinin və infrastrukturun bərpası üçün zəruri materialların daxil olmasının təmin edilməsini müzakirə edəcək.

O əlavə edib ki, görüşlər zamanı Şarm əş-Şeyx razılaşmasının qalan müddəalarının icrası da gündəmdə olacaq.

Mövzuya görə xəbərlər