Son dəqiqə

İsrail İran ABŞ Xarici İşlər Nazirliyi Livan anlaşma memorandumu İsmayıl Bəqai

ABŞ Livanla bağlı öhdəliklərini yerinə yetirməlidir - İsmayıl Bəqai

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın Livandakı vəziyyətlə bağlı mövqeyini bir daha açıqlayıb.

TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-nin bütün cəbhələrdə, xüsusilə də Livanda müharibənin dayandırılması ilə bağlı öhdəliklərinə əməl etməsi anlaşma memorandumunun birinci bəndinə uyğundur.

Onun sözlərinə görə, ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və zərurət yaranarsa, İsraili də öz öhdəliklərinə əməl etməyə sövq etməlidir.

İsmayıl Bəqai vurğulayıb ki, İran üçün ABŞ-nin öhdəliklərə nə dərəcədə əməl etdiyini qiymətləndirməkdə əsas meyar anlaşma memorandumunun mətnidir.

O qeyd edib ki, Tehran ABŞ-nin fəaliyyətini məhz bu sənəd əsasında dəyərləndirəcək.

Mövzuya görə xəbərlər