BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Hörmüz boğazında minaların təmizlənməsi ilə bağlı hər hansı xarici müdaxiləyə ehtiyac olmadığını bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı məsələlərə kənar tərəflərin müdaxiləsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
İsmayıl Bəqai iddia edib ki, bu cür müdaxilələr xoş niyyətlə həyata keçirilməyəcək və yalnız gərginliyin artmasına səbəb olacaq.
Sözçü əlavə edib ki, Hörmüz boğazında minaların təmizlənməsi məsələsi ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumunda əksini tapıb.
O vurğulayıb ki, həmin məsələ üzrə razılaşdırılmış mexanizm mövcuddur və bölgəyə başqa dövlətlərin müdaxilə etməsinə ehtiyac yoxdur.







