Son dəqiqə

Fransa İran Emmanuel Makron Yaxın Şərq Oman Hörmüz boğazı Kazım Qəribabadi minaların təmizlənməsi

Hörmüz boğazında minaların təmizlənməsinə Fransa və Omanın müdaxiləsinə icazə verilməyəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hörmüz boğazında minaların təmizlənməsinin yalnız ölkənin məsuliyyətində olduğunu bildirib və bu prosesdə başqa dövlətlərin iştirakına icazə verilməyəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlama verib.

Onun sözlərinə görə, Hörmüz boğazında minaların təmizlənməsi yalnız İranın səlahiyyətindədir və Tehran bu prosesə hər hansı xarici tərəfin qoşulmasına razılıq verməyəcək.

Kazım Qəribabadi bildirib ki, iranlılar belə bir addımı prinsip etibarilə qəbul etmirlər.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron ötən gün Fransa və Omanın tərəfdaşları ilə birlikdə Hörmüz boğazında minaların təmizlənməsi və bölgədə gərginliyin azaldılması istiqamətində əməkdaşlıq edəcəklərini açıqlamışdı.

İran rəsmisi isə cavab olaraq bildirib ki, bölgədə vəziyyət həssas və mürəkkəbdir. O, Fransanı əlavə təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.

Mövzuya görə xəbərlər