Son dəqiqə

İsrail ABŞ Livan Yaxın Şərq hərbi əməliyyatlar humanitar vəziyyət Livan Səhiyyə Nazirliyi

Livanda İsrail zərbələri nəticəsində ölənlərin sayı 4 257-yə çatıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Səhiyyə Nazirliyi ölkədə İsrailin zərbələri nəticəsində həlak olanların sayının 4 257 nəfərə yüksəldiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına görə, martın 2-dən bu yana İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 4 257 nəfər həyatını itirib, 12 mindən çox insan isə yaralanıb.

Məlumata əsasən, humanitar vəziyyət ağır olaraq qalır və yaralıların müalicəsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, Livan və İsrail ötən cümə günü ABŞ-nin vasitəçiliyi ilə aylarla davam edən birbaşa danışıqlardan sonra çərçivə sazişi imzalayıblar.

Bununla belə, imzalanan saziş İsrail ordusunun Livanda nəzarətdə saxladığı ərazilərdən çıxmasını məcburi şərt kimi nəzərdə tutmur.

Mövzuya görə xəbərlər