Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi Qətər Kazım Qəribabadi texniki danışıqlar vasitəçi ölkələr

Bu həftə ABŞ-la birbaşa danışıqlar nəzərdə tutulmayıb - İran rəsmisi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Xarici İşlər Nazirliyinin müavini Kazım Qəribabadi bildirib ki, bu həftə Qətərdə ABŞ rəsmiləri ilə “texniki qrupların” görüşü planlaşdırılmayıb.

TurkicWorld xəbər verir ki, Qəribabadi deyib: “Qətərlə məsləhətləşmələr – o cümlədən qarşı tərəfin öhdəliklərinin icrasının izlənməsi ilə bağlı – plan üzrə davam edir. Lakin bəzi media orqanlarının verdiyi xəbərlər ki, texniki qrupların görüşü Dohada keçiriləcək, təsdiqlənə bilməz.”

O əlavə edib ki, texniki qruplar çərçivəsində ilk görüş yalnız şərtlər ödənildikdən və tarix, yer barədə razılıq əldə edildikdən sonra keçiriləcək. Bu istiqamətdə məsləhətləşmələr vasitəçi ölkələr vasitəsilə davam etdirilir.

Əvvəlcə bəzi media qurumları, o cümlədən Al Jazeera, ABŞ-İran danışıqlarının çərşənbə günü Qətərin paytaxtı Dohada baş tutacağını xəbər vermişdi.

Mövzuya görə xəbərlər