BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yaponiya hökuməti İran, Livan və işğal altındakı İordan çayının qərb sahilində pisləşən humanitar vəziyyətin aradan qaldırılmasına dəstək məqsədilə 15 milyon ABŞ dolları məbləğində təcili yardım ayırdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası vasitəsilə çatdırılacaq.
Yardım paketi səhiyyə xidmətləri, ərzaq təminatı, müvəqqəti sığınacaqlar, içməli su və sanitariya xidmətlərinin yaxşılaşdırılmasına yönəldiləcək.
Bununla yanaşı, Livanda qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi humanitar layihələrə dəstək məqsədilə Yaponiya Platforması vasitəsilə əlavə 640 min ABŞ dolları ayrılacağı bildirilib.







