Son dəqiqə

zəlzələ Venesuela humanitar yardım iqtisadi böhran Project HOPE Kris Skoupek

Zəlzələnin tam miqyası hələ məlum deyil - Beynəlxalq xeyriyyə təşkilatı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Beynəlxalq humanitar yardım təşkilatı Project HOPE-un rəhbəri Kris Skoupek Venesuelada baş vermiş zəlzələlərin vurduğu ziyanın hələ tam qiymətləndirilmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, Kris Skoupek zəlzələlərin ölkə tarixində ən güclü təbii fəlakətlərdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, fəlakət Venesuelanın onsuz da ağır iqtisadi və humanitar vəziyyətlə üzləşdiyi bir dövrə təsadüf edib. O bildirib ki, yüksək qiymət artımı, əhalinin məcburi köçü və səhiyyə sisteminə düşən ağır yük vəziyyəti daha da çətinləşdirir.

Kris Skoupek deyib ki, təşkilatın yerli əməkdaşlarının əksəriyyətinin təhlükəsiz olduğu təsdiqlənib, lakin hələ də əlaqə yaradıla bilməyən əməkdaşlar var.

O əlavə edib ki, ziyanın tam miqyası müəyyənləşdirilmədiyi üçün təşkilat ən vacib humanitar ehtiyacların qiymətləndirilməsi məqsədilə bütün imkanlarını səfərbər edib.

Mövzuya görə xəbərlər