BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin İsrail üçün ciddi təhlükə yaratdığını bildirib və bu prosesin qarşısının alınacağını vurğulayıb.
TurkicWorld xəbər verir ki, o bu barədə Təl-Əvivdə keçirilən yerli özünüidarəetmə konfransında çıxış edib.
Netanyahu qeyd edib ki, İsrail İran daxilində bir sıra əməliyyatlar həyata keçirib və Tehranı nüvə silahına yaxınlaşmaqdan çəkindirmək üçün fəaliyyətini davam etdirir.
O, İsrailin Livan istiqamətində hərbi məqsədlərinin hələ tam başa çatmadığını da bildirib.
Baş nazir əlavə edib ki, İsrail Livanın cənubunda “təhlükəsizlik bufer zonası” yaratmaqla Hizbullahın sərhəddən hücumlarının qarşısını almağa çalışır.







