Son dəqiqə

İsrail ABŞ Livan Yaxın Şərq Hizbullah təhlükəsizlik Marko Rubio Livan Ordusu

Marko Rubio: İsrailin Livan ərazisinə iddiası yoxdur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Dövlət katibi Marko Rubio İsrailin Livanın cənubunda mövcudluğunu şərh edərək, İsrailin Livan ərazisinə hər hansı iddiasının olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, o bu fikirləri jurnalistlərin Livanın cənubundan İsrail qüvvələrinin çıxarılması ilə bağlı sualına cavab olaraq səsləndirib.

Rubio qeyd edib ki, İsrailin Livanda olmasının səbəbi Hizbullahın həmin ərazidən İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsidir.

O bildirib ki, ABŞ Livan ordusunun və dövlət strukturlarının ölkə ərazisinə daha çox nəzarət etməsini dəstəkləyir.

Rubionun sözlərinə görə, Livan ordusu nə qədər çox əraziyə nəzarət etsə, Hizbullahın təsiri azalacaq və İsrailin hərbi fəaliyyəti də məhdudlaşacaq.

Mövzuya görə xəbərlər