Son dəqiqə

İran ABŞ HƏMAS Yaxın Şərq Hizbullah siyasət İsmayıl Bəqai

İran ABŞ-ı regional sabitsizliyə görə ittiham edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Dövlət katibi Marko Rubiyonun İranın dəstəklədiyi qruplarla bağlı açıqlamalarına cavab verib.

TurkicWorld xəbər verir ki, o, ABŞ-ın siyasətinin Yaxın Şərqdə sülhün əsas maneəsi olduğunu bildirib.

Bəqai öz sosial şəbəkə hesabında Rubiyonun İraq ərazisindəki silahlı qruplar, eləcə də Hizbullah və Həmasla bağlı tənqidlərini əks etdirən videonu paylaşaraq ABŞ-ı ittiham edib.

O qeyd edib ki, ABŞ-ın hərbi siyasəti və regiona müdaxilələri davam etdikcə sabitliyin mümkün olmayacağını düşünür.

İran rəsmisi həmçinin İsrailin cəzasız şəkildə hərəkət etdiyini və bölgədə gərginliyi artırdığını iddia edib.

Mövzuya görə xəbərlər