BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrael Kats İsrail ordusunun Livanın cənubundan geri çəkilməyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Kats bu açıqlamanı İsrail mediasına müsahibəsində verib.
O qeyd edib ki, İsrail ABŞ-dan belə tələb gəlsə belə, Livandakı hərbi mövcudluğunu davam etdirəcək.
Nazirin sözlərinə görə, keçmişdə təhlükəsizlik zonalarında yaşanan təcrübələr səbəbindən geri çəkilmə mümkün deyil.
Kats bildirib ki, həmin ərazilərdə mülki əhali olsa belə, bu bölgələrdə hərbi təhlükələr, yol kənarı partlayışlar və hücumlar baş verib.
O əlavə edib ki, İsrail ordusu “təhlükəsizlik səbəbilə geri çəkilməyəcək” və bölgəni tərk etməyəcək.







