BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət katibi Marko Rubio Körfəz turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, görüşdə ABŞ–İran razılaşması və regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.
Rubionun mətbuat katibi Tommi Piqott bildirib ki, tərəflər ABŞ Prezidenti Donald Trampın İranla bağlı memorandumunu və Hörmüz boğazından təhlükəsiz və sərbəst keçidin təmin olunmasını müzakirə ediblər.
Görüşdə regionda sülh və sabitliyin qorunmasının vacibliyi də vurğulanıb.
Rubio ABŞ-ın BƏƏ-nin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib.







