Son dəqiqə

İran ABŞ Pakistan Hörmüz boğazı Diplomatiya Danışıqlar Tahir Andrabi

Pakistan: ABŞ və İran birbaşa əlaqə xətti yaradacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi ABŞ və İran arasında danışıqlar çərçivəsində yeni kommunikasiya mexanizmlərinin razılaşdırıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, o bu barədə İslamabadda jurnalistlərə danışıb.

Andrabi bildirib ki, tərəflər mümkün anlaşılmazlıqların və insidentlərin qarşısını almaq üçün birbaşa əlaqə xəttinin yaradılması barədə razılığa gəliblər.

Bu mexanizmin xüsusilə Hörmüz boğazı ilə bağlı təhlükəsizlik və hərəkət koordinasiyası üçün vacib olduğu qeyd edilib.

O əlavə edib ki, danışıqların gedişinə nəzarət etmək üçün yüksək səviyyəli siyasi nəzarət komitəsi yaradılacaq və əsas danışıqlar aparıcıları mütəmadi olaraq bu komitəyə hesabat verəcək.

Sözçünün sözlərinə görə, tərəflər həmçinin 60 gün ərzində yekun razılaşmaya aparacaq yol xəritəsi və Livan tərəfinin də daxil olduğu deeskalasiya mexanizmi barədə də razılığa gəliblər.

Mövzuya görə xəbərlər