Son dəqiqə

BMT İsrail İran ABŞ Livan Benyamin Netanyahu Hizbullah Diplomatiya Əli Bahreini

İranın BMT-dəki nümayəndəsi İsrailin Livandakı hücumunu pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Cenevrədə BMT-dəki səfiri Əli Bəhreyni İsrailin Livanda həyata keçirdiyi son atışma ilə bağlı sərt açıqlama verib.

TurkicWorld xəbər verir ki, o, Livanda atəşkəs və memorandum çərçivəsinin pozulmasının danışıqlar prosesinə ciddi təsir göstərə biləcəyini bildirib.

Bəhreyni qeyd edib ki, Livan razılaşmanın ayrılmaz hissəsidir və burada baş verən hadisələr bütün prosesə təsir edir.

Onun sözlərinə görə, ABŞ İsrail üzərində malik olduğu təsir imkanlarından istifadə edərək hücumların dayandırılmasını təmin etməlidir.

Digər tərəfdən, İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu Livanın cənubunda “tam hərəkət azadlığına” malikdir.

Netanyahu əlavə edib ki, İsrail qoşunları Livanın cənubunda təhlükə aradan qaldırılana qədər qalmağa davam edəcək.

Mövzuya görə xəbərlər