Son dəqiqə

İsrail Səhiyyə Nazirliyi Livan Yaxın Şərq Hizbullah cənubi Livan yaralılar ölüm sayı

Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 4 192-yə yüksəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Səhiyyə Nazirliyi İsrailin aylardır davam edən hücumları nəticəsində ölənlərin sayının artdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına görə, son 24 saat ərzində 17 yeni ölüm halı qeydə alınıb.

Bununla da 2 mart tarixindən bəri Livanda ölənlərin ümumi sayı 4 192 nəfərə çatıb, 12 171 nəfərin isə yaralandığı bildirilir.

Məlumata əsasən, bu gün də Livanın cənubunda İsrail qüvvələrinin açdığı atəş nəticəsində iki nəfər həyatını itirib.

Hizbullah həmin şəxslərin yol təmizləmə işləri ilə məşğul olan qrupun üzvləri olduğunu bildirib, İsrail ordusu isə onları “terrorçu” kimi xarakterizə edib.

Mövzuya görə xəbərlər