Son dəqiqə

İran Pakistan Şahbaz Şərif Asim Munir Məsud Pezeşkian İslamabad Diplomatiya

İran Prezidenti Pakistan ordusunun baş komandanı ilə görüşüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian İslamabadda Pakistan ordusunun Baş Qərargah rəisi və Müdafiə Qüvvələrinin rəhbəri feldmarşal Asim Munir ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Ordusunun media xidməti (ISPR) məlumat yayıb.

Məlumata görə, Pezeşkian ABŞ və İsrailin 28 fevralda İrana qarşı hücumlarından sonra ilk xarici səfərini Pakistana edib.

Görüş zamanı İran Prezidenti Pakistanın regionda dialoq və gərginliyin azaldılması istiqamətində rolunu yüksək qiymətləndirib.

O, İslamabadın çətin geosiyasi şəraitdə sülh yolu ilə həllə töhfə verdiyini qeyd edib.

Səfər ABŞ–İran danışıqlarının İsveçrənin Bürgüstok şəhərində keçirilən ilk mərhələsində 60 günlük yol xəritəsi üzrə razılıq əldə olunmasından bir gün sonraya təsadüf edir.

Səfər çərçivəsində Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə də ikitərəfli görüşlər keçirəcək.

Mövzuya görə xəbərlər