BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran rəsmiləri Livandakı vəziyyətlə bağlı ABŞ-yə təzyiqi artıraraq İsrailin razılaşma memorandumunun şərtlərinə əməl etməsini tələb edirlər.
TurkicWorld xəbər verir ki, son açıqlamalarda İran tərəfi Hörmüz boğazının bağlanacağını bəyan edib. Bunun dərhal qüvvəyə minən qərar, yoxsa xəbərdarlıq xarakterli bəyanat olduğu hələ dəqiq məlum deyil.
Müşahidəçilərin fikrincə, bu addım ABŞ üzərində təzyiq yaratmağa hesablanıb və məqsəd İsraili razılaşma memorandumunun ilk bəndini yerinə yetirməyə məcbur etməkdir.
Son iki gün ərzində İran rəsmiləri tərəfindən Livandakı hadisələrlə bağlı sərt bəyanatlar səsləndirilib.
Bildirilir ki, Tehran Livandakı vəziyyətin ABŞ və İran arasında aparılan danışıqlardan ayrı qiymətləndirilə bilməyəcəyini vurğulayır.
İran rəsmilərinin mövqeyinə görə, Livanda atəşkəsin və razılaşmaların icrası gələcək diplomatik proseslərin irəliləməsi üçün əsas şərtlərdən biridir.
Ekspertlər hesab edirlər ki, İran artıq Livan məsələsini danışıqlar prosesinin mühüm elementi kimi ön plana çıxarır və bunu gələcək razılaşmalarla əlaqələndirir.







