BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Hizbullahın Livanın cənubunda yerləşən İsrail hərbçilərinə raket zərbələri endirdiyini iddia edib.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamada məlumat verilib.
Məlumata görə, bir neçə raketin atıldığı və onların bir qisminin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi bildirilib.
Qalan raketlərin isə hərbçilərin yaxınlığına düşdüyü qeyd olunur.
Hadisə nəticəsində insan itkisi qeydə alınmadığı vurğulanıb.
İsrail tərəfi hücumun dəqiq vaxtı və koordinatları barədə əlavə məlumat verməyib.
Bölgədə gərginliyin davam etdiyi bildirilir.







