Son dəqiqə

İran ABŞ Donald Tramp siyasət Respublikaçılar Partiyası Nüvə Proqramı Konqres Tim Skott Nikki Heyli

İran razılaşması Respublikaçılar Partiyasında parçalanma yaradıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ–İran memorandumu ABŞ Respublikaçılar Partiyası daxilində ciddi fikir ayrılığına səbəb olub.

TurkicWorld xəbər verir ki, tərəfdarlar arasında razılaşmaya münasibət fərqli istiqamətlərdə formalaşıb.

ABŞ senatoru Tim Skott sənədi “ABŞ təhlükəsizliyi və qlobal sabitlik üçün böyük qələbə” adlandırıb.

O və digər Trampa yaxın siyasətçilər razılaşmanı müsbət qiymətləndiriblər.

Onların fikrincə, bu proses İranın nüvə proqramı üzərində daha sərt nəticələrə gətirib çıxara bilər.

Lakin partiya daxilində narahatlıq ifadə edən siyasətçilər də var.

Nikki Heyli razılaşmanın bəzi detallarını tənqid edərək narazılıq bildirib.

O, İranın yenidən bərpa üçün maliyyə əldə etməsinin ABŞ maraqlarına zidd ola biləcəyini deyib.

Mövzuya görə xəbərlər