Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq siyasət münaqişə strateji balans

Tramp: İran raketlərinin “84–85 faizi məhv edilib”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranın raket imkanları ilə bağlı yeni açıqlama verib.

TurkicWorld xəbər verir ki, Tramp İranın raket arsenalının böyük hissəsinin zərərsizləşdirildiyini iddia edib.

Onun sözlərinə görə, İran raketlərinin 84–85 faizi “vurulub və sıradan çıxarılıb”.

Tramp bildirib ki, qalan raketlər yeraltı mövqelərdədir və onların çıxarılması çətindir.

O əlavə edib ki, İran hazırda raket atmaq istəmir.

ABŞ Prezidenti İranın hərbi imkanlarını bərpa etməsinin asan olmayacağını qeyd edib.

Onun sözlərinə görə, münaqişə ölkənin hərbi potensialına ciddi zərbə vurub.

Tramp bu açıqlamanı İran–ABŞ gərginliyi fonunda verib.

Mövzuya görə xəbərlər