BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı açıqlama verib.
TurkicWorld xəbər verir ki, Tramp İsrailin Hizbullahla bağlı fəaliyyətinə münasibət bildirərkən daha balanslı yanaşmanın vacibliyini qeyd edib.
O bildirib ki, İsrail özünü müdafiə etmək hüququna malikdir.
Bununla belə, Tramp qeyd edib ki, Beyrutda binaların dağıdılmasına ehtiyac yoxdur.
Onun sözlərinə görə, İsrail “daha yaxşı davrana bilər” və əməliyyatlarda ölçülü hərəkət etməlidir.
ABŞ Prezidenti eyni zamanda İsrail və Baş nazir Benyamin Netanyahunun əməkdaşlığını müsbət qiymətləndirib.
Tramp iki ölkə arasında strateji tərəfdaşlığın vacibliyini vurğulayıb.
Açıqlama regionda davam edən gərginlik fonunda verilib.







