Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq İqtisadiyyat Beynəlxalq Münasibətlər bərpa

Tramp: ABŞ İranın bərpasına sərmayə qoymayacaq, “qonşular kömək edə bilər”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranın müharibədən sonrakı bərpa prosesinə dair açıqlama verib.

TurkicWorld xəbər verir ki, Tramp ABŞ-ın bu prosesdə maliyyə iştirakı olmayacağını bildirib.

O qeyd edib ki, Vaşinqton İranın yenidən qurulmasına sərmayə yatırmayacaq.

Trampın sözlərinə görə, bəzi ölkələr bu prosesə investisiya edə bilər.

ABŞ Prezidenti bildirib ki, İranın bərpası üçün beynəlxalq dəstəyə ehtiyac var.

Onun iddiasına görə, müharibə ölkəyə təxminən 2 trilyon dollar ziyan vurub.

Tramp qeyd edib ki, bu zərərin aradan qaldırılması üçün regional ölkələr yardım edə bilər.

O bir daha vurğulayıb ki, ABŞ heç bir maliyyə dəstəyi göstərməyəcək.

Mövzuya görə xəbərlər