BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS İsrailin işğal altındakı Qərbi Şəriyədə yeni məskunlaşma layihələrini təsdiqləməsini sərt şəkildə tənqid edib.
TurkicWorld xəbər verir ki, İsrail mediasına əsasən, Ali Planlaşdırma Şurası təxminən 576 yeni məskunlaşma vahidinin tikintisinə razılıq verib.
Məlumata görə, plan çərçivəsində həmçinin Xevronda dini məktəbin inşası da təsdiqlənib.
HƏMAS rəsmisi Əbdül Rəhman Şadid bu qərarı “fələstinlilərə qarşı yeni təcavüz” adlandırıb.
O bildirib ki, məskunlaşma layihələri işğala legitimlik qazandırmayacaq.
Şadid qeyd edib ki, bu addımlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
HƏMAS bu qərarların məsuliyyət daşıyan İsrail rəsmilərinin beynəlxalq mühakiməyə cəlb olunmasını tələb edib.
Bölgədə isə Qəzza müharibəsi fonunda Qərbi Şəriyədə zorakılıqların artdığı bildirilir.







