Son dəqiqə

İsrail İran ABŞ Donald Tramp Qasim Süleymani IRGC Qüds Qüvvələri 2020 hadisələri

Tramp ABŞ–İran razılaşmasını Süleymani əməliyyatı ilə əlaqələndirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanın yalnız son həftələrin nəticəsi olmadığını, bunun 2020-ci ildə Qasım Süleymaninin öldürülməsi ilə bağlı hadisələrdən qaynaqlandığını bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu açıqlamanı jurnalistlərlə söhbəti zamanı verib.

O qeyd edib ki, ABŞ-ın keçmişdə atdığı addımlar hazırkı diplomatik prosesin formalaşmasına təsir göstərib.

Trampın sözlərinə görə, Süleymaninin öldürülməsi “indiki razılaşmanın başlanğıc nöqtəsi” olub.

O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandirini “İranın əsas fiqurlarından biri” kimi xarakterizə edib.

ABŞ Prezidenti bildirib ki, əməliyyat qərarı İsrailin də iştirak etdiyi müzakirələrdən sonra qəbul edilib.

Onun sözlərinə görə, İsrail həmin hücumu həyata keçirmək istəməyib və qərar ABŞ tərəfindən verilib.

Tramp Süleymaninin öldürülməsinin “birgə əməliyyat” olduğunu iddia edib.

Mövzuya görə xəbərlər