Son dəqiqə

İran Çin ABŞ Yaxın Şərq Abbas Əraqçi Diplomatiya Van Yi Memorandum

İran və Çin ABŞ–İran aralıq razılaşmasını telefon danışığında müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran və Çin xarici işlər nazirləri ABŞ və İran arasında cümə günü imzalanması gözlənilən aralıq razılaşma barədə telefon danışığı aparıblar.

TurkicWorld xəbər verir ki, İran XİN rəhbəri Abbas Əraqçi və Çin XİN rəhbəri Van Yi sənədin məzmununu müzakirə ediblər.

Əraqçi danışıqlar prosesinə verdiyi dəstəyə görə Pekinə təşəkkür edib.

İran tərəfi Çinin memoranduma və danışıqlara verdiyi siyasi dəstəyi yüksək qiymətləndirib.

Çin XİN rəhbəri Van Yi razılaşmanı alqışladığını və İranın diplomatik yanaşmasını müsbət dəyərləndirdiyini bildirib.

O, Çin tərəfinin razılaşmanın icrasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Van Yi həmçinin regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının razılaşmanın icrasına dəstək verməli olduğunu bildiriblər.

Mövzuya görə xəbərlər