Son dəqiqə

Fransa İsrail İran ABŞ Emmanuel Makron Livan G7 Yaxın Şərq atəşkəs

Makron: Livanda atəşkəs “tam və dərhal” olmalıdır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Prezidenti Emmanuel Makron Livanla bağlı mövqeyini açıqlayaraq atəşkəsin dərhal və tam şəkildə həyata keçirilməsinin vacibliyini bildirib.

TurkicWorld xəbər verir ki, o bu fikirləri G7 ölkələrinin mövqeyini şərh edərkən səsləndirib.

Makron qeyd edib ki, G7 ölkələri Livanda atəşkəsin “tam və dərhal” olmasını zəruri hesab edir.

Onun sözlərinə görə, bu addım regionda gərginliyin azaldılması üçün əsas şərtdir.

Fransa Prezidenti bildirib ki, ABŞ–İran razılaşması Livanın suverenliyi və ərazi bütövlüyünü qoruyacaq şəkildə davam etməlidir.

O vurğulayıb ki, beynəlxalq hüquq və regional sabitlik prioritet olmalıdır.

Makron Livandakı vəziyyətin daha geniş münaqişəyə çevrilməməsinin vacibliyini də qeyd edib.

Açıqlama G7 sammiti çərçivəsində keçirilən mətbuat konfransında verilib.

Mövzuya görə xəbərlər