BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran rəsmisi ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində Tehranda azı 1 265 nəfərin öldüyünü açıqlayıb.
TurkicWorld xəbər verir ki, Tehran Şəhər Şurasının Təhlükəsizlik Komitəsinin rəhbəri Mehdi Babaei bu barədə İranın dövlətə yaxın “Student News Network”ə danışıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində 2 800 nəfər yaralanıb.
Rəsmisi əlavə edib ki, təxminən 50 000 yaşayış binası zərər görüb, onların əksəriyyətində dağıntılar yüngül xarakter daşıyır.
Babaei bildirib ki, təxminən 6 000 sakin üçün müvəqqəti yaşayış təmin edilib.
Hazırda 125 yaralının xəstəxanalarda müalicə aldığı qeyd olunub.
Rəsmi qurumlar şəhərdə bərpa və humanitar yardım işlərinin davam etdiyini açıqlayıblar.







