BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın dövlət mediasının məlumatına görə, ölkənin mərhum ali dini rəhbəri Əli Xamenei üçün dəfn mərasimləri iyul ayında keçiriləcək və bir neçə şəhəri əhatə edəcək.
TurkicWorld xəbər verir ki, mərasimlərin ilk mərhələsi iyulun 4 və 5-də Tehran şəhərində vida tədbirləri ilə başlayacaq.
İyulun 6-da Tehranda rəsmi dəfn mərasimi təşkil olunacaq və dövlət rəsmilərinin geniş iştirakı gözlənilir.
Daha sonra iyulun 7-də Qum şəhərində dini xarakterli anım mərasimi keçiriləcək.
İyulun 9-da isə Məşhəd şəhərində yekun mərasim baş tutacaq və mərhum İmam Rza ziyarətgahında dəfn olunacaq.







