BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Xarici İşlər Nazirliyi “mətnin əsas hissəsi demək olar ki, yekunlaşdırılıb” dedikdən sonra, ABŞ Konqres üzvü Ryan Zinke bildirib ki, “şeytan detallardadır”.
TurkicWorld xəbər verir ki, Zinke açıqlamasında İranın zənginləşdirilmiş uran ehtiyatının yoxlanmasının necə həyata keçiriləcəyini soruşub: “Yoxlama necə aparılacaq? Hansı orqan yoxlama aparacaq?”
Konqresmen həmçinin əlavə edib: “Məncə, İran haqlı idi ki, heç nə imzalanmayıb. Bu doğru idi.” Lakin o qeyd edib ki, tərəflər “heç vaxt olmadığı qədər razılaşmaya yaxın görünürlər”.







