BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ ilə hər hansı sülh razılaşmasında Hörmüz boğazının nəzarətini təslim etməyəcəyini bildirib. Mənbələr göstərir ki, Tehran yalnız müharibə sona çatdıqdan sonra boğazda gəmiçilik fəaliyyətinin bərpasını razılaşma memorandumunda nəzərdə tutacaq.
TurkicWorld xəbər verir ki, İranın dövlət mediası vurğulayıb ki, Qərb mediasında yayılan məlumatlar yanlışdır və Tehran boğazın idarəsini heç vaxt təhvil verməyəcək. Memorandumda yalnız müharibə başa çatdıqdan sonra boğazda gəmiçilik fəaliyyətinin bərpası məsələsi əks olunub.
İranın açıqlamasında bildirilir ki, memorandumun əsas məqsədi bütün cəbhələrdə müharibənin sona çatdırılmasıdır. Bu addım həm də regionda sabitliyin təmin olunmasına və qarşıdurmaların dayandırılmasına xidmət edir.







