Son dəqiqə

İran ABŞ Beynəlxalq hüquq CENTCOM Hərbi Təcavüz Kazım Qəribabadi Xarici İşlər Nazirinin müavini Özünü Müdafiə atəşkəsin ləğvi hüquqi baxım

İran rəsmisi: ABŞ-ın hücumları atəşkəsi tamamilə ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın hüquqi və beynəlxalq məsələlər üzrə xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, ABŞ-ın İran üzərinə son hücumu atəşkəsi tamamilə ləğv edən hərəkətdir.

TurkicWorld xəbər verir ki, Qəribabadi sosial şəbəkədə yazıb ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən bu hücumların “özünü müdafiə” adı altında təqdim edilməsi hüquqi baxımdan heç bir təsir göstərmir. O vurğulayıb ki, beynəlxalq hüquqda təcavüzkar öz hərəkətlərinin nəticələrindən qaça bilməz və hərbi təcavüz söz oyunları ilə qanuni hala gətirilə bilməz.

Nazir müavini əlavə edib ki, İran ordusu hər cür təcavüzə qarşı möhkəm dayanacaq və hər qarış torpağı qorumaq üçün qətiyyətli və ciddi cavab verəcək. O bildirib ki, bu qanunsuz və təhlükəli hərəkətlərin bütün nəticələri ABŞ və bu əməliyyatlarda iştirak edən hər hansı tərəfin üzərinə düşəcək.

Mövzuya görə xəbərlər