Son dəqiqə

Dubay Tel-Əviv Yaxın Şərq təhlükəsizlik Air Canada uçuş ləğvi sərnişin qorunması

Air Canada Tel-Əviv və Dubaya uçuşları 24 oktyabra qədər ləğv edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Air Canada hava yolları şirkəti Tel-Əviv və Dubaya bütün uçuşların ləğvini 24 oktyabra qədər uzadıb. Bu qərar Yaxın Şərqdə davam edən vəziyyətlə əlaqədar verilib.

TurkicWorld xəbər verir ki, şirkətin rəsmi açıqlamasında qeyd olunub ki, uçuşların dayandırılması təhlükəsizlik və sərnişinlərin qorunması məqsədilə həyata keçirilir. Əvvəlki qərara əsasən, Air Canada sentyabrın 8-dək xidmətləri ləğv etmişdi, lakin son vəziyyət nəzərə alınaraq müddət oktyabrın 24-dək uzadılıb.

Şirkət sərnişinlərə bilet dəyişiklikləri və geri ödənişlər barədə məlumat verib, həmçinin alternativ marşrutlar üçün dəstək təmin edildiyi bildirilib.

Mövzuya görə xəbərlər