BAKI,TurkicWorld,Yusif Şərifzadə
Rusiya ABŞ və İranı qarşılıqlı hücumlardan sonra sülh danışıqlarına qayıtmağa çağırıb. Ölkələr arasında artan gərginlik mövcud vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.
TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov AFP agentliyinə açıqlamasında bildirib ki, bütün tərəflər təmkinli olmalı və yenidən danışıqlar masasına qayıtmalıdır. Peskov əlavə edib ki, gərginliyin artması həm regionda vəziyyətə, həm də qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.
Rusiya tərəfi tərəfləri dialoqa çağıraraq qarşıdurmanın daha geniş böhran yaratmasının qarşısını almağı tövsiyə edir. Peskov vurğulayıb ki, davamlı dialoq və sülh yolu yalnız region üçün deyil, qlobal iqtisadi sabitlik üçün də vacibdir.







