Son dəqiqə

İsrail İran Tehran partlayış hava zərbəsi Tehran əyaləti təcili yardım xidməti Məhəmməd İsmayıl Təvəkküli

İsrailin zərbələrindən sonra Tehran əyalətində itki barədə məlumat yoxdur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Tehran əyalətinə endirdiyi zərbələrdən sonra ölən və ya yaralananlarla bağlı rəsmi məlumat qeydə alınmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Mehr agentliyi təcili yardım xidmətinin rəhbəri Məhəmməd İsmayıl Təvəkküliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hazırda iki partlayış hadisəsi araşdırılır və hadisələrin səbəbləri dəqiqləşdirilir.

“Hazırda araşdırdığımız iki partlayış qeydə alınıb. Əlavə məlumat əldə olunacağı təqdirdə bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək”, – deyə Təvəkküli bildirib.

O qeyd edib ki, təcili yardım xidmətinə daxil olan müraciətlərin sayı adi günlərlə müqayisədə artmayıb.

Təvəkkülinin sözlərinə görə, dövlət və özəl sektora məxsus bütün təcili yardım qüvvələri əhaliyə xidmət göstərmək üçün tam hazırlıq vəziyyətindədir.

Hazırda hadisələrin nəticələri ilə bağlı araşdırmalar davam edir və rəsmi qurumlar əlavə məlumatın daha sonra açıqlanacağını bildirirlər.

Mövzuya görə xəbərlər