BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran xarici işlər naziri Livan prezidenti Cozef Aunun Tehranı Livanı ABŞ və İsraillə qarşıdurmada “mübadilə kartı” kimi istifadə etməkdə ittiham etməsinə münasibət bildirib.
TurkicWorld xəbər verir ki, Seyid Abbas Əraqçi Livanın bu iddialarını rədd edərək bildirib ki, əgər İran həqiqətən Livanı bu məqsədlə istifadə etsəydi, belə bir razılaşma çoxdan əldə olunmuş olardı.
Əraqçi Livan prezidentini ölkənin üzləşdiyi əsas təhlükələrə diqqət yetirməyə çağırıb və “Livanı həqiqi düşməndən qorumağın vacibliyi”ni vurğulayıb.
Qeyd olunur ki, son günlər Tehran və Beyrut arasında qarşılıqlı bəyanatlar diqqət çəkir. Jozef Aun İranın ölkəsini regional geosiyasi qarşıdurmalarda alətə çevirdiyini iddia etmiş, Tehran tərəfi isə bu ittihamları qəti şəkildə rədd edib.







