BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistanın daxili işlər naziri Möhsin Rza Nəqvi İranın paytaxtına səfər edib.
TurkicWorld xəbər verir ki, İran mediasının məlumatına görə, Nəqvi səfəri çərçivəsində İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.
Səfərin əsas məqsədi ABŞ və İran arasında davam edən münaqişənin sona çatdırılması üçün aparılan danışıqlarda Pakistanın vasitəçilik rolunu gücləndirməkdir.
Səfərlə bağlı əlavə məlumatlar və danışıqların nəticələri əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.







