Son dəqiqə

Livan Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman Diplomatiya Müstəqillik Suverenlik Region sabitliyi dəstək territorial təhlükəsizlik

Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun Səudiyyə Ərəbistanı Vəzir-Əmiri Məhəmməd bin Salman əl-Saud (MBS) tərəfindən Livana göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

TurkicWorld xəbər verir ki, Livan Prezidentliyinin X sosial platformasında yayılan məlumatına görə, MBS ölkəsinin Livana dəstəyini “mövcud vəziyyəti sakitləşdirmək və Livanın qarşılaşdığı gərginliyi aradan qaldırmaq” istiqamətində təmin edib.

Bildirilib ki, MBS həmçinin Səudiyyə Ərəbistanının Livana dəstəyini yenidən təsdiqləyib və ölkənin “suverenliyi, müstəqilliyi və ərazilərinin təhlükəsizliyi” prinsiplərinə sadiqliyini vurğulayıb. Bu addım regionda diplomatik dəstək və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzuya görə xəbərlər