Son dəqiqə

Tehran Ağ Ev Hörmüz boğazı Regional Təhlükəsizlik Beynəlxalq Münasibətlər ABŞ-İran münasibətləri sülh razılaşması diplomatik danışıqlar Dəniz blokadası

Ağ Ev İran mediasında yayılan sülh razılaşması xəbərlərini təkzib edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Ağ Ev İran dövlət mediasında ABŞ–İran arasında guya hazırlanan memorandum layihəsi ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib.

TurkicWorld xəbər verir ki, Ağ Evin yaydığı rəsmi açıqlamada sözügedən məlumatlar “tam uydurma” kimi qiymətləndirilib və belə bir sənədin mövcud olmadığı bildirilib.

Məlumata görə, İran mediasında yayılan xəbərlərdə ABŞ qoşunlarının İran ətrafındakı bölgələrdən çıxarılması, dəniz blokadasının ləğvi və Hörmüz boğazında kommersiya daşımalarının bərpasını nəzərdə tutan çərçivə razılaşmasının hazırlandığı iddia olunurdu.

Vaşinqton isə bu məlumatların heç bir rəsmi əsasa söykənmədiyini vurğulayaraq ictimaiyyəti təsdiqlənməmiş məlumatlara ehtiyatla yanaşmağa çağırıb.

Son günlər ABŞ və İran tərəfdən danışıqlarla bağlı müxtəlif və bir-birini təkzib edən məlumatlar yayılsa da, Ağ Evin bu konkret memorandum layihəsi barədə xəbərləri rədd etməsi prosesin hələ rəsmi mərhələyə keçmədiyini göstərən növbəti siqnal kimi qiymətləndirilir.

Müşahidəçilər hesab edirlər ki, tərəflər arasında mümkün diplomatik təmaslar davam etsə də, hazırda rəsmi təsdiqlənmiş razılaşma barədə danışmaq üçün kifayət qədər əsas yoxdur.

Mövzuya görə xəbərlər