Son dəqiqə

İran Yaxın Şərq silahlı qarşıdurma Regional Təhlükəsizlik Rusiya Təhlükəsizlik Şurası Aleksandr Vendiktov Əli Baqeri Kani Moskva görüşü

Rusiya rəsmisi Tehranı müharibənin yenidən başlamasının qarşısını almağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Vendiktov İranı regionda silahlı qarşıdurmanın yenidən başlamasının qarşısını almaq və yeni təhlükəsizlik sisteminin yaradılması istiqamətində fəaliyyət göstərməyə çağırıb.

TurkicWorld xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata əsasən, Vendiktov regionda davamlı sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

“Silahlı qarşıdurmanın yenidən başlamasının qarşısını almaq və regionda yeni təhlükəsizlik arxitekturasının yaradılmasına yol açmaq vacibdir”, – Vendiktov bildirib.

Məlumata görə, açıqlamalar Moskvada keçirilən təhlükəsizlik konfransı çərçivəsində Rusiya nümayəndəsi ilə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kani arasında keçirilən görüş zamanı səsləndirilib.

Son dövrdə Yaxın Şərqdə davam edən gərginlik fonunda regional təhlükəsizlik, diplomatik mexanizmlər və yeni əməkdaşlıq formatları ilə bağlı müzakirələrin intensivləşdiyi müşahidə olunur.

Mövzuya görə xəbərlər