BAKI,TurkicWorld Yusif Şərifzadə
İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçən gəmilərlə bağlı yeni məlumat yayıb.
TurkicWorld xəbər verir ki, “Tasnim” xəbər agentliyinə istinadən IRGC Hərbi Dəniz Qüvvələri bildirib ki, son 24 saat ərzində 31 gəmi Hörmüz boğazından keçib və bu keçidlər “IRGC ilə koordinasiya və təhlükəsizlik təminatı” çərçivəsində həyata keçirilib. Məlumata görə, həmin gəmilər arasında neft tankerləri, konteyner gəmiləri və digər kommersiya yük gəmiləri olub.
IRGC həmçinin vurğulayıb ki, Hörmüz boğazından keçid yalnız onların icazəsi və nəzarəti ilə həyata keçirilir və hərəkət dəniz təhlükəsizliyi qaydalarına uyğun şəkildə tənzimlənir.





