Son dəqiqə

İran Rusiya Vladimir Putin Tehran Abbas Əraqçi xarici işlər naziri Rusiyaya səfər Müttəfiqlik Müharibə şəraiti İran xalqı Müstəqillik

Vladimir Putin İran XİN başçısının Rusiyaya səfərini dəyərləndirib

BAKI,TurkicWorld Yusif Şərifzadə

Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də İranın xarici işlər naziri Abbas Əraqçinin Rusiyaya səfəri zamanı Tehranla əməkdaşlığın möhkəmliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Putin görüş zamanı Moskvanın Tehran üçün sarsılmaz müttəfiq olaraq qalacağını deyib və müharibə şəraitində İran xalqının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirib.

Rusiya Prezidenti bildirib: “İran xalqının öz müstəqilliyi və suverenliyi uğrunda necə cəsarətlə və qəhrəmancasına mübarizə apardığını görürük. Biz sizin maraqlarınıza, region xalqlarının maraqlarına xidmət edən və sülhün mümkün qədər tez əldə olunmasına töhfə verən hər şeyi edəcəyik.”

Mövzuya görə xəbərlər