İran Hərbi Təcavüz ABŞ prezidenti Donald Tramp Diplomatik Gərginlik Kazım Qəribabadi Xarici İşlər Nazirinin müavini Hücuma hazırlıq Genişmiqyaslı hücum Təhlükəsizlik və müdafiə Sosial şəbəkə açıqlaması Təhdid və sülh fürsəti

Xarici İşlər Nazirinin müavini - İran “istənilən hərbi təcavüzə qarşı durmağa hazırdır”

BAKI,TurkicWorld Yusif Şərifzadə

İranın hüquqi və beynəlxalq məsələlər üzrə Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi ABŞ prezidenti Donald Trampın dünən İrana planlaşdırılan hücumu təxirə saldığını bildirdiyi paylaşımına münasibət bildirib.

TurkicWorld xəbər verir ki, Kazım Qəribabadi X sosial şəbəkəsində yazıb: “Lakin eyni zamanda, istənilən an genişmiqyaslı hücuma hazır olduqlarını da deyirlər. Bu isə ‘təhdid’i ‘sülh fürsəti’ adı ilə təqdim etmək deməkdir”.

O əlavə edib: “İran birlik və qətiyyətlə istənilən hərbi təcavüzə qarşı durmağa hazırdır”.

Mövzuya görə xəbərlər