BAKI,TurkicWorld Yusif Şərifzadə
Sanksiyaya məruz qalan bir tanker ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasından gizli şəkildə yayınaraq mayın 16-da İranın Xark adasında mayeləşdirilmiş neft qazı (LPG) yükləyib.
TurkicWorld xəbər verir ki, gəminin hərəkətləri izlənib və sonuncu dəfə təxminən iki həftə əvvəl Hindistan sahilləri yaxınlığında Avtomatik İdentifikasiya Sistemi (AIS) üzərindən müşahidə olunub, daha sonra isə izləmə sistemindən itib.
ESA Copernicus Sentinel-2 peyk görüntüləri tankerin Xark adasında yükləmə əməliyyatını həyata keçirdiyini təsdiqləyib. Qeyd olunur ki, həmin terminal İranın xam neft və qaz ixracının böyük hissəsini idarə edir və ABŞ-ın dəniz blokadasının əsas hədəf nöqtələrindən biri hesab olunur.






