Son dəqiqə

İran ABŞ Donald Tramp Abbas Əraqçi Nüvə Proqramı Beynəlxalq Münasibətlər Regional gərginlik sülh razılaşması diplomatik danışıqlar siyasi proseslər

Tramp xəbərdarlıq edib: Sülh razılaşması əldə olunmasa, İran üçün “çox pis dövr” başlayacaq

BAKI,TurkicWorld Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün diplomatik proseslər və gələcək inkişaflarla bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fransa yayımçısı BFMTV-yə telefon müsahibəsində İranla bağlı açıqlama verib.

Onun sözlərinə görə, İranla sülh razılaşması əldə edilmədiyi halda ölkəni “çox pis dövr” gözləyir. Tramp eyni zamanda İranın danışıqlarda maraqlı olduğunu iddia edib.

Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Tramp administrasiyasından yeni danışıqlara hazırlıqla bağlı mesajlar alıb.

Nazirin sözlərinə görə, buna baxmayaraq, Vaşinqtonun real niyyətləri ilə bağlı etimadsızlıq qalmaqda davam edir.

Məlumatlarda həmçinin qeyd olunur ki, ABŞ və İran arasında nüvə proqramı ətrafında fikir ayrılıqları və diplomatik gərginlik müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Mövzuya görə xəbərlər