BAKI,TurkicWorld Yusif Şərifzadə
BƏƏ enerji siyasətində yeni qərarının səbəblərinə aydınlıq gətirib.
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Məzrui ölkəsinin OPEC və OPEC+ təşkilatlarından çıxmaqla bağlı qərarının milli maraqlar və uzunmüddətli enerji strategiyası əsasında qəbul edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, qərar ölkənin milli hasilat siyasəti və gələcək enerji istehsal potensialının geniş qiymətləndirilməsi nəticəsində verilib.
Nazirin sözlərinə görə, qərarın əsas məqsədi BƏƏ-nin etibarlı enerji təchizatçısı mövqeyini qorumaq və qlobal enerji bazarındakı sabitliyə sadiqliyi davam etdirməkdir.
Süheyl əl-Məzrui vurğulayıb ki, sözügedən addım siyasi səbəblərlə əlaqəli deyil və BƏƏ ilə tərəfdaş ölkələr arasında fikir ayrılığının göstəricisi hesab edilməməlidir.
O əlavə edib ki, ölkənin qəbul etdiyi qərarlar xarici şərhlər və fərziyyələr deyil, milli maraqlar və strateji baxış əsasında formalaşdırılır.







