BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə artaraq 3,8 faizə çatıb.
TurkicWorld xəbər verir ki, ABŞ Əmək Statistikaları Bürosunun açıqladığı rəsmi məlumata əsasən, istehlak qiymətləri indeksi mart ayında qeydə alınan 3,3 faiz səviyyəsindən yüksələrək apreldə 3,8 faiz olub. Bildirilir ki, göstərici bazar proqnozlarına uyğun formalaşıb.
Məlumata görə, İranla bağlı hərbi qarşıdurmanın enerji və logistika bazarlarına təsiri inflyasiya təzyiqlərinin artmasına səbəb olan əsas amillərdən biri hesab olunur. Xüsusilə yanacaq və nəqliyyat xərclərindəki bahalaşmanın ümumi qiymət artımına təsir etdiyi vurğulanır.
Analitiklər hesab edirlər ki, inflyasiyanın yüksəlməsi ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı növbəti qərarlarına da təsir göstərə bilər. Ekspertlər eyni zamanda qlobal enerji bazarındakı qeyri-müəyyənliyin yaxın aylarda da qiymət artımlarını davam etdirə biləcəyi barədə xəbərdarlıq edirlər.







