Son dəqiqə

İran ABŞ Pakistan Şahbaz Şərif

İranı masaya kim qaytaracaq? Pakistan İrana yeni mesaj hazırlayır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Pakistan hökuməti İranın danışıqlara qayıtması üçün yeni diplomatik addımlar üzərində işləyir.

TurkicWorld xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif hökumət üzvləri ilə birlikdə İran tərəfini danışıqlara yenidən cəlb etməyin yollarını müzakirə edir.

Məlumata görə, Şərif bu gün ölkənin xarici işlər və daxili işlər nazirləri ilə görüş keçirərək İran nümayəndə heyətinin danışıqlara qayıdış perspektivlərini qiymətləndirəcək.

Bildirilir ki, görüşlərin əsas məqsədi regionda artan gərginlik fonunda diplomatik kanalları aktivləşdirmək və tərəflər arasında dialoqu bərpa etməkdir.

Mövzuya görə xəbərlər