İran ABŞ CENTCOM Hörmüz boğazı ilə bağlı yeni qərar

ABŞ-dan açıqlama - 23 gəmi geri qaytarıldı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı tətbiq edilən dəniz blokadasından sonra 23 gəmi ABŞ qüvvələrinin göstərişlərinə əməl edərək geri dönüb.

TurkicWorld-un məlumatına görə açıqlamada qeyd olunub ki, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və dəniz hərəkətinə nəzarət artırılıb. ABŞ tərəfi bu addımların məqsədinin bölgədə sabitliyi qorumaq və mümkün təhlükələrin qarşısını almaq olduğunu vurğulayıb.

Ekspertlər hesab edir ki, bu cür addımlar xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyətə malik ərazilərdə gərginliyi daha da artıra bilər. Bu boğaz dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi əsas marşrutlardan biri hesab olunur.

Son hadisələr fonunda beynəlxalq dəniz daşımalarında risklərin artdığı və sığorta xərclərinin yüksəldiyi də qeyd edilir.

Mövzuya görə xəbərlər