Donald Tramp Tramp Hörmüz boğazı

Tramp İranın Hörmüz boğazını bir daha bağlamayacağını açıqlayıb

BAKI,TurkicWorld, Nailə Babazadə

İran Hörmüz boğazını bir daha əsla bağlamayacağını qəbul etdi. Artıq bura dünyaya qarşı bir silah kimi istifadə edilməyəcək.

TurkicWorld xəbər verir ki,bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib.

O, boğazın Tehran rəhbərliyi tərəfindən tamamilə açıldığını qeyd edib. ABŞ lideri İran və Hörmüz boğazı ilə bağlı son prosesləri öz sosial media hesabındakı paylaşımı vasitəsilə qiymətləndirib.

Prezident Tramp həmçinin qeyd edib ki, İran boğazdakı minaları ABŞ-ın da köməyi ilə ya təmizləyib, ya da hazırda təmizləməkdədir. O, Hörmüz boğazı ilə bağlı mövcud vəziyyətin İsrail-Livan razılaşması ilə əlaqəli olmadığını, Livanla bağlı prosesin ayrıca aparıldığını xüsusi vurğulayıb.

Paylaşımında NATO ölkələrinə qarşı növbəti dəfə sərt təpki göstərən Tramp bildirib ki, boğaz məsələsi həll olunduqdan sonra NATO-dan kömək lazım olub-olmaması ilə bağlı telefon zəngi alıb. ABŞ Prezidenti onlara "Gəmilərinizi neftlə doldurmaq istəmirsinizsə, uzaq durun" dediyini qeyd edərək, Alyans ölkələrini ehtiyac duyulduğu anda işə yaramayan "kağızdan pələnglər" adlandırıb.

Mövzuya görə xəbərlər